Avropa Parlamenti Moldovanın Avropa İttifaqına (Aİ) qoşulmaq üzrə danışıqların başlanmasına dair qətnamə qəbul edib.
Səsvermə Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclası çərçivəsində baş tutub.
Parlamentarilər bildiriblər ki, Moldova Avropa Komissiyasının tələblərini yerinə yetirmək iqtidarındadır.
Onların fikrincə, Moldovanın Aİ-yə daxil olması Avropanın güclənməsinə töhfə verəcək.
Qeyd olunub ki, Moldova Aİ-yə üzv olmaq üçün məhkəmə-hüquq sahəsində islahatları və korrupsiyaya qarşı mübarizəni davam etdirməlidir.








