Adanada 35 yaşlı Əli Balduz birlikdə yaşadığı 25 yaşlı, 1 uşaq anası Ş.A.-nı tapançayla ayağından vurub.
7News.az DHA-ya istinadən xəbər verir ki, tapançanı atıb qaçan Balduz qısa müddətdə tutulub.
Bir mollayla evli olan, ancaq həyat yoldaşını tərk edib Əli Balduzla yaşadığı ifadə edilən qadın xəstəxanaya yerləşdirilib.
Hadisə ötən gün saat 10 radələrində İstanbulun Seyhan qəsəbəsi İnönü prospektində meydana gəlib. Yolda gedən 1 uşaq anası Ş.A.-nın yanına yaxınlaşan Əli Balduz: "Namuslular da namussuzlar qədər cəsur olmalı", - deyərək qadına atəş açıb. Tapançadan çıxan güllə qadının sol ayağına dəyib. İkinci dəfə atəş açmaq istəyən Balduz fikrindən daşınaraq tapançanı olay yerinə ataraq qaçıb. Polisin təqibi nəticəsində qısa müddətdə tutulan Əli Balduz, sorğulanmaq üçün polis bölməsinə aparılıb. Yaralanan qadın isə Adana Dövlət Xəstəxanasına çatdırılıb. Əli Balduz yaraladığı qadının sevgilisi olduğunu, hələ də birlikdə yaşadıqlarını, bu müddətdə onu aldatdığını öyrəndiyini, "namusu üçün vurduğunu" söyləyib.
UŞAQLIQ SEVGİSİ
Həyat yoldaşının molla olduğunu söyləyən Ş.A. da ifadəsində: "Əli mənim uşaqlıq sevgimdi. İşi olmadığı üçün ailəm məni ona vermədi. Mən də qaçdım, birlikdə yaşayırdıq. Çox qısqancdır, ona xəyanətim haqda iddiaları doğru deyil", - deyib.
Hadisə ilə əlaqədar istintaq başladılıb.
7News.az















