RU
“Molotov kokteyli” ilə araq oğurlamağa gəldi, yanmaqdan son anda qurtuldu - VİDEO
17:10
344

“Molotov kokteyli” ilə araq oğurlamağa gəldi, yanmaqdan son anda qurtuldu - VİDEO

İki şüşə araq oğurlamaq istəyən şəxs "Molotov kokteyli”ni yandıraraq mağazaya girib.

Bununla bağlı kadrları "BAZA” Telegram kanalı yayımlayıb.

Videodan görünür ki, üzünü şərflə örtən gənc mağazaya daxil olub, "Molotov kokteyli”ni yandırır və araq şüşələrini götürür. Ərzaq dükanından çıxarkən isə o, yanan şüşəni döşəməyə atır. Bu zaman həmin şəxs yıxılır və yanmaq təhlükəsi ilə üzləşir, lakin özünü itirməyərək tez yerindən qalxır və mağazadan çıxır. 

Gəncin artıq saxlanıldığı bildirilir.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ