RU
16:30
902

"Mona Liza"nın qarşısında soyundu - Sən mənim ehtirasımsan, şəhvətimsən- FOTO

Mona Liza, sən mənim ehtirasımsan, şəhvətimsən.
Bunu deyən qadın "Mona Liza" portretinin qarşısında yubkasını qaldırıb, sonra da soyunaraq lüt qalıb.

Həmin qadın qalmaqallı perfomansları, məşhur muzeylərdə və sərgilərdə çılpaq aksiyaları ilə tanınan Debora de Robertis idi.

Lüksemburqdan olan 33 yaşlı rəssam bu dəfə Fransadakı dünyaca məşhur Luvr muzeyində soyunub.

Daha sonra o, portretin qarşısında əyləşərək ayaqlarını aralayıb.

Mühafizəçilər onu Leonardo da Vinçinin şedevrinin qarşısından dartıb aparmaq istəyəndə de Robertis muzey əməkdaşlarından birini dişləyib.

O, eksqibisionizm və xuliqanlıqda suçlanaraq tutulub.

Debora de Robertis bir qədər əvvəl Fransanın Orse Muzeyində dahi Eduard Manenin "Olimpiya" əsərinin qarşısında soyunaraq uzanmışdı.

Rəssamın vəkili Mari Dosun dediyinə görə, De Robertisin əməlləri xuliqanlıq yox, bədii perfomansdır.

De Robertis isə əməlini belə izah edib: "Məqsədim cinsi orqanımı göstərmək yox, 1970-ci illərdə belə trükləri ilə məşhur olan avstriyalı rəssam Vali Eksportun fotosunu təkrarlamaqdı. Üstəlik, incəsənətdə qadın rəssamların mövqelərinə laqeyd münasibətə qarşı etiraz etdim"./milli
 
7news.Az
 
 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ