7NEWS.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində Christie's hərrac evi tərəfindən dünən keçirilən hərracda Klod Monenin su zanbaqları seriyasından olan "Le bassin aux nympheas" (1917-1919) adlı yağlı boya tablosu 74 milyon dollara satılıb. "Yenidən kəşf edilmiş şah əsəri” hesab edilən rəsm 1972-ci ildən eyni şəxsi kolleksiyada idi. Christie's bu həftə keçirdiyi hərracda məşhur sənət əsərlərinin ümumi satış məbləğinin 748 milyon dolları keçdiyini vurğuladı.
7NEWS.az








