Monqolustanı sərt qış səbəbindən 2 milyondan çox heyvan tələf oldu
Son onillikdə ölkədə 4,4 milyon heyvan zudlar səbəbindən tələf olub və 2022-23-cü illərin qışı da daxil olmaqla ümumilikdə altı həddindən artıq soyuq hava dalğasının olduğu bildirilib.
7NEWS.az xəbər verir ki, Monqolustanda hökumət qışda həddindən artıq soyuq və qar səbəbiylə iki milyon 100 min heyvanın aclıqdan və donaraq öldüyünü bildirib. Dekabrdan mart ayına kimi kəskin hava şəraitinin baş verə biləcəyi ölkədə havanın temperaturu bəzi bölgələrdə mənfi 50 dərəcəyə enə bilər.
7NEWS.az