Dünya kinematoqrafının əfsanəsi, Hollivudun "sarışın gözəli" Merilin Monroun nadir, indiyədək nümayiş olunmamış fotoları satışa çıxarılıb.
Nyu-Yorkda keçiriləcək "Heritage Auctions" hərracında M.Monronun 12 arxiv fotosu satılacaq.
Fotolarda Merilin Monro çılpaqdır. Bir fotoda isə Monroya tort hədiyyə edildiyi anlar əks olunub.
Bu fotoların ilkin satış qiyməti 35 min dollardır.
Hərracda Məhəmməd Əlinin və Frenk Sinatranın da nadir fotoları, habelə "The Beatles" qrupunun Abbey Road" albomunun alternativ kaver şəkli satılacaq./milli
7news.Az











