RU
Monteneqroda parlament və məktəblər bomba təhlükəsi səbəbindən boşaldılıb
14:42
26

Monteneqroda parlament və məktəblər bomba təhlükəsi səbəbindən boşaldılıb


Qərbi Balkanların ən kiçik ölkəsi olan Monteneqroda çoxsaylı bomba təhdidləri səbəbilə bu səhər ölkənin parlamenti və bir çox məktəb boşaldılıb.

7NEWS.az xəbər verir ki, Monteneqro polisindən verilən açıqlamada, partlayıcı maddələrin bu gün səhər saatlarında Monteneqro Parlamentinə elektron poçt vasitəsilə göndərildiyi bildirilib. Eyni məzmunun Nikşiç və Bijelo Polye kimi şəhərlərdə, xüsusən də paytaxt Podqoritsadakı məktəblərə göndərildiyi bildirilib.

Açıqlamada bildirilib ki, danonslarla bağlı polis tərəfindən lazımi tədbirlər görülüb və aidiyyəti binalar boşaldılıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ