“Biz insan haqları istiqamətində işləməyi davam edəcəyik”.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan prezidentinin əfv sərəncamı imzalamasına münasibət bildirib.
7news.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə o, “twitter” hesabında qeyd edib.
“Azərbaycandan insan haqları ilə bağlı yaxşı xəbər almışıq. Bu, 2 həftə əvvəl Bakıda apardığımız danışıqlardan sonra ruhlandırıcıdır. Biz insan haqları istiqamətində işləməyi davam edəcəyik”, - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.
Sərəncam 148 məhkuma şamil edilib. Onların arasında bir sıra tanınmış şəxslər də var.
7news.Az








