Son zamanlar Rusiyada fəaliyyət göstərən gənc diaspora üzvlərimizin səmərəli fəaliyyəti nəticəsində ölkəmizin daha innovativ metodlarla təbliği uğurla davam etdirilməkdədir.
7News.az-a daxil olam məlumata görə layihənin məqsədi Moskvaya başqa xalqların gözü ilə baxmaq, hər iki ölkə arasında olan xoş münasibəti daha da dərinləşdirməkdir. “Moskva ləhcə ilə” verilişinin aparıcısı tanınmış telejurnalist Mariya Qladkixdir. Proqram çərçivəsində, eyni zamanda, azərbaycanlıların Yeni il bayramını Moskvada harada və necə qeyd etdikləri göstəriləcək. Məlumata görə azərbaycanlıların gözü ilə Moskvanı proqramı Rusiya Azərbaycan Konqresinin Moskva bölməsinin sədri və Azərbaycan mədəniyətinin inkişaf və intibah fondunun sədri Şamil Tağiyev təqdim edəcək.
7News.az








