RU
Moskva Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən gözləntisini açıqlayıb
19:35
227

Moskva Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən gözləntisini açıqlayıb

Azərbaycan və Ermənistan liderləri arasında müntəzəm təmasları vacib hesab edirik.

7NEWS.Az-ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüşlə bağlı suala cavabında bildirib.
Rusiya XİN rəsmisi ölkəsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına istiqamətlənən bütün səyləri alqışladığını söyləyib: "Ümid edirik ki, 15 dekabrda Brüsseldə keçirilməsi planlaşdırılan iki dövlətin liderlərinin görüşünün yekununda üçtərəfli razılaşmalara sadiqlik təsdiqlənəcək”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ