RU
Moskva bazarında azərbaycanlılara hücum, yaralılar var
22:52
558

Moskva bazarında azərbaycanlılara hücum, yaralılar var

Bu gün Moskvadakı Çeremuşkinski bazarında soyuq və travmatik silahlardan istifadə olunmaqla kütləvi dava baş verib.

7news.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Vzqlyad” qəzeti Rusiya paytaxtının hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

"Şəxsi mühafizə müəssisəsinin əməkdaşları əsasən Azərbaycandan gəlmiş onlarla ticarətçini ərazidən çıxarmağa cəhd ediblər. Amma fəal kütləvi etirazla qarşılaşıblar”, - deyə mənbə nəşrə bildirib.

İlkin məlumatlara görə, iki nəfər xəsarət alıb. Onların xəstəxanaya yerləşdirildikləri bildirilir.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ