RU
Moskva FETÖ-çularının fəaliyyətində bir neçə strateji dəyişikliklər olub - Toğrul Allahverdili
13:11
1288

Moskva FETÖ-çularının fəaliyyətində bir neçə strateji dəyişikliklər olub - Toğrul Allahverdili

Müsahibimiz ASGA Rusiya nümayəndəliyinin rəhbəri, tanınmış diaspor üzvü Toğrul Allahverdilidir

1 )Xaricdə Azərbaycanı təmsil edən gənc kimi üzərinizə düşən məsuliyyəti hiss edirsinizmi ?

- Azərbaycanın inkişafı, dövlətin beynəlxalq nüfuzunun artmasında diaspor gəncliyinin üzərinə böyük məsuliyyət düşür. cənab Prezidentin dünya Azərbaycanlıların VI qurultayında xaricdə yaşayan gənclərlə bağlı səsləndirdiyi fikirlər gənclərin yeni hədəflərə doğru irəliləməli olduqlarını göstərir . Həmçinin Azərbaycan Prezidenti tərəfindən gənclərlə bağlı dövlət proqramları qəbul olunub. Bu proqramların icrası nəticəsində dövlət gənclər siyasətində xeyli müsbət dəyişikliklər baş verib. Müstəqilliyin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi, diasporamızın inkişafı, yüksək intellektə malik gənc nəslin yetişməsindən, onların fəal iştirakından birbaşa asılıdır.

2) Dünyada baş verən qlobal dəyişikliklər Xaricdə yaşayan gənclərə təsir edirmi ?

- Dünyanın dəyişməsi inkişaf etməsi gənclərin "beyin mərkəzi” olmasını zəruri edir. Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan diaspor siyasətinə göstərdiyi qayğı və dəstəkdən gənclər maksimum səviyyədə yararlanmalıdırlar. Azərbaycan gəncliyinə istiqamətlənmiş siyasət ölkənin gələcəyinə qoyulmuş sərmayədir istər xaricdə istərsədə Azərbaycanda yaşayan hər bir gəncin uğuru Vətənin uğurudur. Gənclər dövlətin onurğa sütunu hesab edildiyindən, Azərbaycan gəncliyi xüsusən diaspor gəncliyi parçalanmağı, şəxsi mənafeləri, kənara qoyub bunun məsuliyyətini bütövlüklə dərk etməlidir.

3) Rusiyada yaşayan Azərbaycanlı gənclərlərlə təmas qurmağ çətin deyil ki ?

--Azərbaycandan kənarda olan çoxlu sayda gənclərlə təmasdayıq. Əlimizdən gələn hər şeyi edirik ki, Rusiyada yaşayan Azərbaycan gəncləri bir bayraq altında birləşə bilsin . Tez -tez mədəni, sosial və idman tədbirləri dəyirmi masalar, milli bayramlar və anım günləri keçirərək gənclərə təmasda oluruq. Azərbaycan gəncinin səsi artıq dövlət tribunalarından , Dumadan, içtimai palatadan gəlir . Biz düşmənlərimizə sübut etməliyik ki, bizlər azərbaycanlı olaraq bazar adamları deyilik. Bizlər şah İsmayıl Xəatinin, Heydər Əliyevin nəvələriyik. Ancaq təssüflər olsun ki, bəzən gənclərimiz İŞİD , FETÖ və digər dini və terror təşkilatlarının qurbanı olur əsas məqsədimiz gəncləri belə anti milli qüvvələrin təsiri altına düşməsinin qarşısını almaqdır.

4 ) FETÖ dediniz diasporamızda belə hallar varmı ?

-- Bildiyimiz qədər gülən Azərbaycanın əksər dövlət, QHT, Biznes, KİV və dair qurumlarına öz adamlarını yerləşdirib o cümlədən diaspora təşkilatımlzda da bu FETÖ bəlası var. Düz üç ildir ki , tez - tez bu məsələni gündəmə gətirmişəm . Fətullahçılar diasporamızdada var xüsusilə Rusiyada həddən ziyadə çoxdurlar və olara dəstəy verən şəxslər var . Azərbaycan Rəsmiləri , Xarici İşlər Nazirliyi, Diasporla İş Üzrə Dövlət Komitəsi və digər dövlət oraqnlarımız Diasporamızı Fətullahçılardan və onları Day-daylıq edənlərdən təmizləməlidir . Yoxsa çox gec olacaq bunlara qarşı kim çıxırsa həmin şəxsləri Səfirliylə üz üzə qoyurlar həmin şəxslərə şər böhtan atırlar . Bunlara qarşı mübarizə apardığım üçün mənə müəyyən adamların əli ilə məhkəmə və digər ağla gəlməz böhtanlarla hədə-qorxu gəlirlər.

5) Bəs bunlar kimdir konkret faktlarınız varmı?

-Əlbəttə var. Bu təşkilat Azərbaycan – Rus Mədəniyyət və Həmrəylik Mərkəzidir mərkəzin təsisçisi FETÖ nun keçmiş Moskva imamı, Namiq Şahpələngovdur. Moskva FETÖ çularının fəaliyətində bir neçə strateji dəyişiliklər oub. Bunlardan biri də rusiyada fəaliyət göstərən FETÖ təşkilatına yeni simalar cəlb etmək, nurçuluqda ifşa olunmuş idarə heyətini təzələmək və ən əsası Moskva şəhərinə yeni oda hocasının təyin olunmasıdır. Moskva imamları Elşad Çərkəzov idi o da ifşa olunub Moskvadan qaçdığı üçün onu yeni imam Elvin Atakişiyev əvəzləyib .

6) Prezidentin diaspor nümayəndələrinə çağırışından sonra hansı müsbət dəyişikliklər özünü göstərir?

- Düzünü desək, hələ elə bir dəyişiklik hiss olunmur . Çünki yay ayıdır, diaspor nümayəndələri istirahətdədir. Ancaq düşünürəm ki, sentyabrdan etibarən diaspora tariximizdə yeni dönəm başlayacaq. Bu, özünü həm Rusiyada, həm də digər ölkələrdə göstərəcək. Çünki dövlət başçısı diaspor təşkilatları qarşısında konkret tapşırıqlar qoydu . İnanıram ki, yaxın vaxtlarda Azərbaycan diasporunun yeni uğurlarını eşidəcəyik.

-7)Rusiyadakı diaspor təşkilatlarımız bir-birləri və səfirliyimizlə ilə əməkdaşlıq edirlər?

- Bəzi problemlər var, ancaq ümidvaram ki, dövlət başçısısının diaspor təşkilatlarımızı birliyə, əməkdaşlığa səsləməsi səfirliklərlə əlaqəli şəkildə işləməsinin vacibliyini vurğulaması həm səfirliyimiz, həm də diaspor təşkilatlarımız tərəfindən yerinə yetiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ