RU
Moskva metrosunda atəş açan şəxs saxlanılıb
12:00
17

Moskva metrosunda atəş açan şəxs saxlanılıb

Moskva metrosunda noyabrın 17-də səhər saatlarında naməlum şəxs tüfəngdən atəş açıb.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə metronun "Ryazanski prospekt" stansiyasında baş verib.

Atəş açan şəxs saxlanılıb. O, stansiyada olan bir nəfəri qorxutmaq istədiyini deyib.

Ölən və yaralananların olmadığı qeyd edilir. Digər təfərrüatlar hələlik məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Moskva vilayətində polis toyda atəş açan 3 nəfəri saxlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ