RU
Moskva müftisi: Qatil dayəni islamla əlaqələndirmək olmaz
21:40
1012

Moskva müftisi: Qatil dayəni islamla əlaqələndirmək olmaz

“Hər müsəlman bu faciəni öz dərdi kimi qəbul edir”.

4 yaşlı qızın Moskvanın şimali-qərbində qətli islam və müsəlmanlarla asossiasiya edilməməlidir.

Bu barədə Moskva müsəlmanlarının dini idarəsinin sədri, Moskvanın baş məscidinin imamı İldar Alyutdinovun bəyanatında deyilir.

“Söhbət tamamən qeyri-adekvat insandan gedir, ona görə də geyimlə bağlı və ya hansısa şüarlarla bağlı davranışı islam və müsəlmanlarla əlaqələndirmək olmaz”, - Moskvanın müftisi bildirib.

İldar Alyutdinov qətlə yetirilən qızın yaxınlarına başsağlığı verib və bəyan edib ki, “hər müsəlman bu faciəni öz dərdi kimi qəbul edir”./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ