Rusiya prezidenti Vladimir Putin Belarusun timsalında təcavüz üçün yeni "qurban” tapıb.
Bu haqda Ukraynanın "Apostrof” nəşrinə müsahibəsində politoloq Pavel Usov bildirib.
Onun sözlərinə görə, ittifaq dövlətinin yaradılması geosiyasi səhnədə Rusiya prezidenti Vladimir Putinin əlinə oynayır. Politoloqun fikrincə, müstəqilliyin itirilməsindən Belarus çətin ki, uduşlu çıxacaq.
"Müstəqilliyin tam itirilməsi və ölkənin 1991-ci ilə qədər mövcud olan BSSR statusuna qayıdışından söhbət gedir. Bu, SSRİ dövründə olduğu kimi, dövlət quruluşunun yalnız formal statusunun saxlanılması ilə dövlətin müstəqilliyinin bütün real atributlarından məhrum edilməni bildirir. Lukaşenko üçün isə bu, bütövlükdə hakimiyyətin itirilməsi deməkdir”, - politoloq deyib./publika
7News.Az








