Moskvada Zaqoryevskaya küçəsində yerləşən hündürmərtəbəli binada yeniyetmələrin içki məclisində bədbəxt hadisə baş verib.
Onlardan bir qrupu eyvanda olarkən səkkizinci sinif şagirdi olan qız içkinin təsiri alrtında müvazinətini itirərək 22-ci mərtəbədən yerə yıxılıb.
Xoşbəxtlikdən 14 yaşlı qız sağ qalıb və hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır.
Ona beyin silkələnməsi, qapalı kəllə-beyin travması, həmçinin qarın nahiyəsinin zədələnməsi kimi çoxsaylı diaqnozlar qoyulub.
İlkin məlumata görə, qızı ölümdən binanın önünə yığılmış qar topası xilas edib.
Mənbə: "RİA Novosti”








