Moskvada Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondu tərəfindən 28 May- Respublika Gününə həsr olunmuş “Müstəqillik kuboku” futbol turniri keçrilib.
Rusiyada fəaliyyət göstərən “Məmmədəmin Rəsulzadə” Məclisinin dəstəyi ilə təşkil olunan turnirdə 12 komanda iştirak edib. “Nart” ( Adıqeya) komandası üçünçü yer
İkinci yer "Bakı" komandası, birinci yerin sahibi isə "Xalqlar dostluğu" univerditetinin komandası olaraq “Müstəqilliy” mini futbol turnirinin qalibi olub.
Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan mədəniyətinin inkişafı və intibahı fondunun direktoru Şamil Tağıyev turnirdə iştirak edən komanda üzvlərinə minnatdarlığını bildirdi və 3-cü "MÜSTƏQİLLİK KUBOKU" futbol turnirinin uğurla başa çatdığını bildirdi. Sonra isə Məmmədəmin Rəsulzadə” Məclisinin rəhbəri Füzuli Fərəcov turnirin əhəmiyyətinə toxunub və Azərbaycanda futbola böyük diqqət ayrıldığını bildirib.
Fərqlənən futbolçularada diplomlar və medallar verilib. Ən yaxşı oyunçu Ramil Müslümov (Fond RVAK), ən yaxşı müdafiəçi Orxan Xanlarov (“Bakı”) və ən yaxşı qapıçı isə Müslümov Habil (“Bakı”) seçilib.
Sonda xatirə şəkili çəkdirilib.













