RU
Moskvada azərbaycanlı diplomatı döyən şəxs saxlanıldı
16:34
1118

Moskvada azərbaycanlı diplomatı döyən şəxs saxlanıldı

Moskvada Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmovu döyən şəxs saxlanılıb.
 
Bu, 31 yaşlı Xaybula Hacıyevdir.

Yerli hüquq-mühafizə orqanlarının versiyasına əsasən, E. Məhərrəmovla X. Hacıyev arasında mübahisə taksidə baş verib. E. Məhərrəmov baş və bədən nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Tibbi dairələrdəki mənbənin bildirdiyinə görə, E. Məhərrəmova beyin silkələnməsi, dodaq və qaşın zədələnməsi diaqnozu qoyulub. Habelə onun qabaq dişi sınıb./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ