RU
Moskvada azərbaycanlı güllələndi - VİDEO
10:40
330

Moskvada azərbaycanlı güllələndi - VİDEO

Moskvada Azərbaycan əsilli şəxs avtomobildən açılan atəş nəticəsində qətlə yetirilib.

 Hazırda polis hadisə yerindən uzaqlaşan maşını və onun içərisində olan şəxsləri axtarır.

Əldə edilən məlumatlara görə, Səmərqənd bulvarı küçəsi, məhəllə 1, ev 6 ünvanında naməlum şəxslər "BMW X6" markalı avtomobildən odlu silahla bir kişini güllələyiblər. Hadisə fevralın 15-i gecə saatlarında baş verib. Odlu silahla vurulan təqribən 45 yaşlı azərbaycanlı Orucova. H. həyatını itirib.

Hazırda hüquq-mühafizə orqanları qatilləri axtarır. Həmçinin bu insidenlə fevralın 14-də Moskvanın Peçatniki rayonunda Çeçen və Azərbaycan əsilli şəxslər arasında baş vermiş atışma ilə müşayiət olunan kütləvi dava arasında hər hansı bir əlaqənin olub-olmadığı araşdırırlar./publika

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ