Avtomobilin sahibəsini yük yerinə zorla salıblar.
Moskva polisi şəhərin mərkəzində “Bentley Continental” avtomobilini sahibəsi ilə birgə oğurlayan şəxsləri saxlayıb.
Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
“Keçirilən xüsusi əməliyyat zamanı, avtomobili qaçıran şəxslər saxlanılıb, nəqliyyat vasitəsinin sahibəsi azad edilib", - agentliyin sözçüsü deyib.
Hal-hazırda cinayət işinin başlanması barədə məsələ həll olunur.
7news.Az








