RU
Moskvada Beynəlxalq Onkoloji Mərkəzdə yanğın: Ölənlər var
12:40
213

Moskvada Beynəlxalq Onkoloji Mərkəzdə yanğın: Ölənlər var

Rusiyanın Moskva şəhərində Beynəlxalq Onkoloji Mərkəzdə yanğın baş verib.

TASS xəbər verir ki, binadan 20-dən çox insan təxliyyə edilib. Onlar inşaat işçiləri olublar.

 

Təcili yardım xidmətindən bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb.

Bundan əvvəl bir nəfərin öldüyü və bir nəfərin yaralandığı bildirilmişdi.

Mənbənin verdiyi məlumata görə, yanğının baş verdiyi bina yenidənqurma mərhələsindədir.  


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ