RU
Moskvada bomba həyəcanı
13:18
887

Moskvada bomba həyəcanı

Moskvada polisə bazarların birinə bomba qoyulması barədə bildirişin daxil olması həyəcana səbəb olub. Nəticədə 2 min nəfər Rijski bazarından təxliyə edilib. Verilən məlumata görə, bazarda şübhəli paket tapılıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün bazarda daha çox gül-çiçək satıldığından 8 Mart ilə əlaqədar olaraq müştəri sıxlığı olub.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ