RU
Moskvada həmyaşıdları tərəfindən yandırılan məktəbli öldü
12:13
378

Moskvada həmyaşıdları tərəfindən yandırılan məktəbli öldü

Moskvada həmyaşıdları tərəfindən yaşadığı evin blokunda yandırılan məktəbli ölüb. 

7News.Az TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı səhiyyə xidmətindəki mənbə məlumat verib. 

"15 yaşlı 10-cu sinif şagirdi həkimlərin bütün cəhdlərinə baxmayaraq, ölüb. O, bədəninin 90 faiz hissəsinin yanığı ilə xəstəxanaya yerləşdirilmişdi”, - mənbə bildirib. 

Hadisədə şübhəli bilinən yeniyetmələr həbs edilib.

Xatırladaq ki, hadisə yanvarın 25-də baş verib. Yeniyetmələr məktəblinin üzərinə benzin tökərək, onu yandırıblar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ