RU
Moskvada iki qohumunu öldürən şəxs sonra intihar edib
22:10
934

Moskvada iki qohumunu öldürən şəxs sonra intihar edib

Moskvanın şimalında kişi mənzildə iki qohumunu öldürüb və daha sonra intihar edib.

Bu barədə Moskva şəhər prokurorluğunun Telegram kanalında məlumat yayılıb.
Beskudnikovski bulvarında yerləşən yaşayış binasındakı mənzildə kişi və qadın meyitləri aşkar edilib. Onların bıçaq xəsarətləri aldığı məlum olub.

O da məlum olub ki, həmin mənzildə qohumlar yaşayıb və onların arasında məişət zəminində münaqişə baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin meyiti evin yaxınlığında tapılıb, o, intihar edib.

TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, qətli törədən şəxs öldürülən kişinin oğludur.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (iki və ya daha çox şəxsin öldürülməsi) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ