Azərbaycan diasporu Moskvada "Xalqların Birliyi Günü” adlı paradda iştirak edib.ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdilinin məlumatlna görə paradda Azərbaycan diasporunun üzvləri və tələbələr fəal iştirak ediblər. Ümumrusiya azərbaycanlıları konqresi , "Azərbaycan mədəniyyətinin inkişaf və intibah” Fondu və "Azərbaycan-Slavyan” Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin qatıldığı paradda yüzlərlə həmyerlimiz Azərbaycan bayraqları dalğalandırılıb və Azərbaycanla bağlı şüarlar səsləndirilib . Həmçinin "Qarabağ” ansamblının milli musiqi nömrələri də tədbir boyu ifa edilib.
7News.az













