Moskvanın Kursk vağzalında silahlı şəxs rabitə salonunun əməkdaşına, daha sonra isə gözləmə zalındakı kişiyə hücum edib.
7News.Az "112” "Teleqram” kanalına istinadla xəbər verir ki, hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Polis şübhəli şəxsi saxlayıb, onun hadisəni törətmə səbəbi araşdırılır.
Kanalın məlumatına görə, xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilib.
Hücum edən şəxs əvvəllər məhkum olunmuş 55 yaşlı gürcü Qəmbər Mahmudovdur. Onun 11 il həbsxana həyatı yaşadığı açıqlanıb.
7News.Az








