RU
Moskvada kütləvi dava
11:17
1346

Moskvada kütləvi dava

Rusiyanın paytaxtı Moskvada təxminən 50 nəfərin iştirakı ilə kütləvi dava baş verib.

7News.az xəbər verir ki, bu barədə `İnterfax`a Rusiya DİN-indən məlumat verilib.

Mərkəzi Asiyadan olan şəxslərin davası Qafqaz bulvarı, ev 52 ünvanında baş verib.

“Şəxslər arasında məişət zəminində münaqişənin baş verməsi müəyyənləşdirilib”, - deyə hüquq-mühafizə orqanının əməkdaşı bildirib. 

Dava zamanı iki nəfər müxtəlif dərəcəli sınıq xəsarəti alıb. 

Hadisə yerinə gələn polis əməkdaşları 28 nəfəri saxlayıb. Dava iştirakçıları DİN-in bölmələrinə aparılıb. Hazırda polis hadisənin baş vermə səbəbini araşdırır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ