RU
Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası
16:33
1874

Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası

“Bu gün bəşəriyyət üçün ən böyük təhlükə beynəlxalq terrorçuluqdur”.

Rusiya paytaxtında MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 70-ci yubiley iclası keçirilib.

İclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, hava-kosmik müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və “Beynəlxalq Hərbi Oyunlar 2016”-nın keçirilməsi məsələlərinə baxılıb.
 
İclası giriş sözü ilə açan Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, bu gün insanlıq üçün ən böyük təhlükə beynəlxalq terrorçuluqdur: 

“MDB ölkələrinin əsas vəzifəsi beynəlxalq terrorçuluğun öz ərazilərində yayılmasının qarşısını almaqdır. Bizim bugünkü görüşümüz Böyük Vətən Müharibəsinin başlanmasının 75-ci ildönümü ərəfəsində keçirilir. Həmin dövrdə dünya üçün təhlükə nasizm idisə, bu gün bəşəriyyət üçün ən böyük təhlükə beynəlxalq terrorçuluqdur. 

Bizim qarşımızda vacib tapşırıq durur: Beynəlxalq terrorçuluğun MDB məkanında yayılmasına yol verməməliyik. MDB-nin xarici sərhədlərində vəziyyət sabit deyil. Mövcud vəziyyət müdafiə sahəsində qarşılıqlı fəaliyyəti genişləndirməyi tələb edir. Belə qarşılıqlı fəaliyyətin hüquqi əsası 2015-ci ildə MDB ölkə başçıları Şurasının qərarı ilə təsdiqlənən MDB ölkələrinin 2020-ci ilə qədər hərbi əməkdaşlıq Konsepsiyasıdır. 

Bu Konsepsiya bizim silahlı qüvvələrimizin gücləndirilməsini, milli və kollektiv təhlükəsizliyimin təmin edilməsini, eləcə də mehriban qonşuluq münasibətlərinin inkişafını özündə ehtiva edir”.

Qeyd edək ki, MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 70-ci yubiley iclasında Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edib./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ