RU
Moskvada polislərə hücum edənlər
21:15
565

Moskvada polislərə hücum edənlər "İslam dövləti"nin üzvləri olub

"İslam dövləti" terror təşkilatı Moskvada polislərə hücum edən şəxslərin onun üzvləri olduğunu bildirib. 

Ekstremistlərə məxsus olan resurslar Moskvada polislərə hücum edən şəxslərin onların üzvləri olduğunu etiraf ediblər.

Qeyd edək ki, Moskvanın Balaşıxı rayonunda iki naməlum şəxs polis postuna hücum edib. Onlardan biri balta ilə polisi vurub. Polislər atəş açıb, amma ikinci adam tapançanı tutub, daha bir polis əməkdaşını yaralaya bilib. Hücum edən şəxslər öldürülüb, polislər isə yaralanıb. onlardan birinin vəziyyəti ağırdır. 

"Kommersant"ın xəbərinə görə, hücum edənlər Çeçenistanda doğulmuş 21 yaşlı Usman Murdalov və 18 yaşlı Sulim İsrailov olub. /qaynarinfo

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ