RU
Moskvada publisist Əkbər Qoşalı ilə görüş keçiriləcək
16:04
838

Moskvada publisist Əkbər Qoşalı ilə görüş keçiriləcək

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü nasir, publisist “Tərəqqi” medalı mükafatçısı Əkbər Qoşalı ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində görüş keçiriləcək .

Bu barədə məlumatı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili verib.

O bildirib ki, görüş sentyabrın 10-da Moskvada baş tutacaq: “Görüş "Şəhriyar" Ədəbi Mədəni Cəmiyyətinin və "Nicat" Azərbaycan İrsinin Dirçəlişi Cəmiyyətinin təşəbbüsü, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə baş tutacaq.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ