RU
Moskvada qapalı Qarabağ müzakirəsi
14:41
1393

Moskvada qapalı Qarabağ müzakirəsi

Rusiyada səfərdə olan ABŞ dövlət katibi Con Kerri Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

7News.Az xəbər verir ki, öncə Nitsada törədilən terror aktında ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. . 

Sergey Lavrov bildirib ki, görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı, Dağlıq Qarabağ münaqişəsinin həlli və Yaxın Şərqdəki vəziyyət müzakirə ediləcək. 

C. Kerri isə bildirib ki, danıqşıqlar zamanı Suriyadakı vəziyyətdən başqa Yaxın Şərqdəki baş verən hadisələr, Fələstin və İsrail problemi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi muzakirə olunacaq: “Ümidvaram ki, bizim yanaşmamız problemlərin nizamlanmasına effektiv təsir edəcək”.

Rəsmilərin görüşü mətbuata qapalı keçirilib.

Qeyd edək ki, bir gün öncə ABŞ dövlət katibini prezident Vladimir Putin qəbul edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ