Polis hücum edən şəxslərin axtarışına başlayıb.
Moskva polisi Vostryakovski keçidində yerləşən azərbaycanlılara məxsus “Qız qalası” restoranında bıçaqlanma ilə nəticələnən davanı araşdırır.
7News.Az Rosbalt-a istinadən xəbər verir ki, restoranın işçiləri bir neçə müştəri arasında dava düşdüyünü və nəticədə iki nəfərin ciddi bıçaq yaraları aldığını bildiriblər. Davanı salanlar isə hadisə yerindən qaçıblar.
Yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar.
İlkin məlumata əsasən, cinayətkarlar boz “Toyota” ilə hadisə yerindən qaçıblar. Onların saxlanılması istiqamətində iş aparılır.








