Türkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən məşhur azərbaycanlı qanuni oğru, Lotu Quli ləqəbli Nadir Səlifova Moskvada təşkil olunan yas mərasiminə polis basqını olub.
Publika.az xəbər verir ki, KraymTaym (CrimeTime) Yutub kanalında yerləşdirilmiş görüntülərə əsasən yas mərasiminin keçirildiyi və 100-ə yaxın adamın toplaşdığı zala daxil olan xüsusi təyinatlı polislər mərasim iştirakçılarını döşməyə uzadıb. Və onların kimliyini dəqiqləşdirir.








