RU
Moskvada Rusiya güc strukturunun yüksək vəzifəli şəxsinə qarşı hücum planının qarşısı alınıb
13:10
35

Moskvada Rusiya güc strukturunun yüksək vəzifəli şəxsinə qarşı hücum planının qarşısı alınıb

Moskvada Rusiya güc strukturunun yüksək vəzifəli şəxsinə qarşı hücum planının qarşısı alınıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, terror planının üç iştirakçısı saxlanılıb.

FSB saxlanılan üç nəfərin Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Moskvaya göndərilən Ukrayna hərbçisi, eləcə də Moldova vətəndaşı və Rusiya vətəndaşı olduğunu açıqlayıb.

Qeyd olunub ki, onlar yüksək vəzifəli hüquq-mühafizə orqanı əməkdaşına qarşı elektrik skuterindən istifadə edərək terror aktı planlaşdırıblar.

Bundan əlavə, FSB Krımda Qara Dəniz Donanmasının obyektləri haqqında Ukrayna tərəfinə məlumat ötürən SBU agentinin saxlanıldığı barədə məlumat yayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ