RU
Moskvada Rusiya, Türkiyə, Suriya və İranın xarici rəsmilərinin görüşləri başlayıb
14:53
39

Moskvada Rusiya, Türkiyə, Suriya və İranın xarici rəsmilərinin görüşləri başlayıb


Rusiya, Türkiyə, Suriya və İranın xarici nümayəndə heyətlərinin Moskvadakı Rusiya xarici iqamətgahında görüşləri başlayıb. 

7NEWS.az xəbər verir ki, Rusiya, Türkiyə, Suriya və İran xarici nümayəndə heyətlərinin Moskvada danışıqlarının ikinci görüşü başlayıb. 

Moskvada keçirilən görüşlərdə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, İran xarici işlər nazirinin müşaviri Əli Əsgər Qaci, Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar və onların nümayəndə heyətləri iştirak edirlər. 

Dünən Moskvada dörd ölkənin xarici rəsmiləri məsləhətləşmələr keçirib. Məlumdur ki, bu davam edən məsləhətləşmələr zamanı dörd ölkənin xarici işlər nazirlərinin planlaşdırılan görüşü üçün lazımi hazırlıq işləri görülüb. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ