RU
Moskvada Rusiya və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
20:40
128

Moskvada Rusiya və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib

Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakçı ilə məsləhətləşmələr apaıb.

Bu barədə 7NEWS.Az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Rusiya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq məsələləri və Qərbi Balkanlarda mövcud vəziyyətin problemləri ətrafında hərtərəfli və səmimi fikir mübadiləsi aparılıb.

Bosniya və Herseqovinadakı vəziyyətə xüsusi diqqət yetirilərək, daxili siyasi vəziyyətin 1995-ci ildə BH-də Sülh üzrə Baş Çərçivə (Dayton) Sazişinin prinsiplərinə uyğun olaraq tezliklə normallaşdırılmasının zəruriliyi vurğulanıb. Bu məqsədlər üçün Rusiya-Türkiyə əməkdaşlığının intensivləşdirilməsi variantları müzakirə edilib.

Kosovoda nizamlanma kontekstində Rusiyanın mövqeyi BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi əsasında Belqrad və Priştina tərəfindən həyat qabiliyyətli və qarşılıqlı məqbul həllin əldə edilməsi lehinə təsdiqlənib.

 7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ