Moskvanın mərkəzində Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qarşı etiraz aksiyası keçirilib
Moskvanın mərkəzində Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qarşı etiraz aksiyası keçirilib.
Aksiya paytaxtın Puşkinskya meydanında yaxınlığında keçirilib.
Etiraz mitinqi Moskva rəhbərliyi ilə razılaşdırılmadığından polis qüvvələri aksiyanı dağıdıb.
Nəticədə 10 nəfərdən çox etirazçı saxlanılıb.
Rusiya mediasının yazdığına görə, hazırda Puşkinskaya meydanı bağlıdır./apa
7NEWS.Az








