RU
Moskvada uşaq tapançadan başına atəş açıb
00:37
348

Moskvada uşaq tapançadan başına atəş açıb

Moskvada travmatik tapançadan təsadüfən başına atəş açan uşaq dünyasını dəyişib.
 
Bu barədə  Rusiya İstintaq Komitəsinin Moskva üzrə baş İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Yuliya İvanova məlumat verib.
 
"Yanvarın 20-si axşam Svetloozerski küçəsində yerləşən evlərdən birinin mənzilində silahın diqqətsiz saxlanması nəticəsində 11 yaşlı oğlan travmatik tapançadan təsadüfən başına atəş açıb. Uşaq aldığı yaradan hadisə yerində keçinib", - deyə İvanova bildirib.
 
Onun sözlərinə görə, yoxlama çərçivəsində "göstərilən silahın saxlanmasına görə cavabdeh olan şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək".
 
Hazırda hadisə yerində müstəntiqlər işləyirlər.report
 
7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ