RU
Moskvada vacib qərar - Nazirlər həmfikirdir
19:30
334

Moskvada vacib qərar - Nazirlər həmfikirdir

"Suriyada atəşkəs rejiminin tətbiq olunacağına ümid edirəm”.

İranın xarici işlər naziri Cavad Zərif belə deyib. Moskvada Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri arasında təşkil olunan üçlü toplantının yekunlarına dair təşkil olunan mətbuat konfransında o bildirib ki, Suriyadakı vətəndaş müharibəsinin hərbi yolla həlli mümkün deyil. İranlı diplomatın sözlərinə görə, münaqişə siyasi yolla həllini tapmalıdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da, böhranın siyasi yolla həllinin mümkünlüyünə diqqət çəkib.  Lavrov bəyan edib ki, nazirlər Suriyaya dair bəyənnamə qəbul edib.

Bəyənnamədə münaqişənin həllinin yalnız siyasi yolla mümkünlüyünə diqqət çəkilib və Suriyanın ərazi bütövlüyü dəstəklənib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ