RU
Moskvadan Astanaya uçan təyyarənin pilotu əsəb sarsıntısı keçirdi: Məcburi eniş etdi
15:00
28

Moskvadan Astanaya uçan təyyarənin pilotu əsəb sarsıntısı keçirdi: Məcburi eniş etdi

Rusiyanın paytaxtı Moskvadan Qazaxıstanın paytaxtı Astanaya uçan təyyarə Ufada məcburi eniş edib.

Bu barədə 7News.Az Vestikafkaza.ru-ya istinadən bildirir.

Məlumata görə, buna səbəb pilotun özünü pis hiss etməsi və əsəb sarsıntısı keçirməsi olub.

"Ekipaj üzvünün səhhətinin pisləşməsi ilə əlaqədar Ufa hava limanına təcili eniş edilib. Aviaşirkətin əməkdaşına lazımi tibbi yardım göstərilib. Bir saat sonra təyyarə təyin olunan hava limanına uçub", - deyə Ufa Hava Limanından qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ