RU
Moskvadan Bakıya aviareys təxirə salındı
14:02
2044

Moskvadan Bakıya aviareys təxirə salındı

Bu gün Moskvanın "Vnukovo" aeroportundan Bakıya uçmalı olan sərnişin təyyarəsində nasazlıq baş verib.

7News.az bildirir ki, təyyarə uçuşa hazırlanarkən pilot dispetçer məntəqəsinə hündürlük sükanının xarab olduğu haqda məlumat verib. Nəticədə reys təxirə salınıb. Gözlənilir ki, tezliklə xarab olan təyyarənin yerinə yenisi ayrılacaq və Moskvadan Bakıya uçan sərnişinlər mənzil başına çatdırılacaqlar. Təyyarənin hansı hava yolları şirkətinə məxsus olduğu barədə məlumat verilmir./milli.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ