Moskvadan Ermənistanın paytaxtına uçan təyyarə digər sərnişin təyyarəsi ilə toqquşmadan son anda qaçıb.
7news.Az xəbər verir ki, bununla bağlı REN TV məlumat yayıb.
Məlumatlara görə, təyyarələr Rostov vilayətində bir-birinə həddindən çox yaxınlaşıb.
Hadisə zamanı təyyarələrdən birində qəza siqnalı yanıb.
Bundan sonra pilot uçuş hündürlüyünü 325 metrə qədər endirib.
7news.Az








