Moskva polisi şəhər sakininin cibindən 47 min rubl (1200 manat) pulunu və mobil telefonunu çıxaran 47 yaşlı azərbaycanlını saxlayıb.
7news.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Lesin küçəsində baş verib.
Azərbaycanlı moskvalı tanışına yaxınlaşaraq onu bərk-bərk qucaqlayıb və dərhal onun döş cibindən pulunu və "Nokia” markalı telefonunu götürüb.
Amma cibgir çox da uzağa gedə bilməyib. Bir neçə saatdan sonra Moskva polisi onu həbs edib.
7news.Az








