Qətl yol münaqişəsi zəmnində törədilib.
Rusiyanın paytaxtı Moskva şəhərində Solyanka küçəsində naməlum şəxs adam güllələyərək hadisə yerindən qara rəngli Infiniti avtomobilində qaçıb.
7news.az-ın məlumatına görə, bu barədə Rusiya DİN Baş İdarəsinin məlumatında bildirilir.
“Saat 16:25-də Solyanka küçəsi ev 6-8 ünvanında atışma olması barədə məlumat daxil olub”, - məlumatda deyilir. Cinayətkarın axtarışı istiqamətində tədbirlər həyata keçirilir.
Güllə yarası alan Moskva sakini hadisə yerində keçinib. Onun şəxsiyyəti hələlik müəyyən edilməyib.
Qeyd olunur ki, qətl yol münaqişəsi zəmnində törədilib.
7news.az








