RU
Moskvanın üç vağzalında bomba HƏYƏCANI
15:16
397

Moskvanın üç vağzalında bomba HƏYƏCANI

Moskvanın Yaroslavl, Leninqrad və Kazan vağzallarında partlayış təhlükəsi haqqında xəbərdən sonra insanlar təxliyyə edilib.

Bu haqda paytaxtın hüquq-mühafizə orqanlarından bildirilib.

Polisə mümkün partlayış haqqında anonim zəng bazar ertəsi daxil olub. Sözügedən vağzallara hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları gəlib. Xidməti itlərlə ərazilərdə müayinə aparılır.

Məlumata görə, anonim zəng edən şəxsin tutulması üçün işlər görülür.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ