RU
Moskvaya doğru uçan iki pilotsuz təyyarə vurulub
10:30
57

Moskvaya doğru uçan iki pilotsuz təyyarə vurulub

Rusiyanın paytaxtı Moskva istiqamətində uçan iki hücum pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin öz teleqram kanalında bildirib.

"Gecə saat dörd radələrində Hava Hücumundan Müdafiə Qüvvələri şəhərə doğru uçan iki PUA-nı vurub. Biri Kaluqa vilayətində, digəri isə Mərkəzi Dairəvi yol ərazisində", - o yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ