RU
Moskvaya SOYUQ DUŞ – Rusiya qoşunları bu tarixə qədər Belarusdan çıxarıla bilər
11:40
334

Moskvaya SOYUQ DUŞ – Rusiya qoşunları bu tarixə qədər Belarusdan çıxarıla bilər

Minsk və Moskva 2020-ci ilin iyununa qədər Belarus ərazisindəki iki Rusiya hərbi obyektinin sonrakı taleyi haqqında məsələni həll etməyə məcburdur.

7news.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus Xalq Cəbhəsi Partiyasının (BNF) sorğusuna cavab olaraq ölkənin müdafiə naziri, general-leytenant Andrey Ravkov bildirib.

Daha əvvəl partiyanın rəhbərliyi iki Rusiya hərbi obyektinin taleyi haqqında Müdafiə Nazirliyinə sorğuyla müraciət edib. BNF hesab edir ki, hərbi obyektlərin icarəsinin uzadılmasından imtina etmək lazımdır.

"Bu hərbi obyektlərin yerləşdirilməsi haqqında razılaşma 7 iyun 1996-cı ildə qüvvəyə minib. 25 illik müqavilənin müddəti müvafiq olaraq, 7 iyun 2021-ci ildə bitir. Razılaşmanın sonrakı davamından imtina etmək barədə 6 iyun 2020-ci il tarixinə kimi Rusiya tərəfinə bildirilə bilər”, - Müdafiə Nazirliyinin başçısı qeyd edib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ