RU
Mossad Avstraliyaya sızdı - Sionist zabit ələ keçdi
14:20
41

Mossad Avstraliyaya sızdı - Sionist zabit ələ keçdi

Avstraliya ordusunda bir zabit İsrailə sədaqətinə görə təhlükəsizlik üçün təhlükə yaratdığını əsas gətirərək səlahiyyətlərindən məhrum edilib. 

7News.Az xarici mediaya istinadən xəbər verir ki, kəşfiyyat bölmələri sözügedən zabitin Mossad tərəfindən istifadə olunma riski altında olduğunu müəyyən edib və həyəcan təbili çalıb. 

Zabit Mossad agenti olduğunu etiraf edib.

İstintaq zamanı HWMW İsraili xarici dövlət hesab etmədiyini və lazım gələrsə, məxfi məlumatı İDF ilə paylaşa biləcəyini açıqlayıb. 

Üstəlik, onun İsraildə Mossadla bağlı təhlükəsizlik və odlu silah təlimi aldığı məlum olub. Lakin onun bu məlumatı Avstraliya hökumətindən gizlətdiyi müəyyən edilib. 

Təhlükəsizlik hesabatında Mossadın bu cür profillərdən casusluq məqsədləri üçün istifadə edə biləcəyi vurğulanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ