RU
17:21
439

"Mosul əməliyyatında iştirak etmək üçün qərarlıyıq" - Ərdoğan sərt danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Suriya və İraqdakı münaqişələr barədə danışıb.

O bildirib ki, koalisiya qüvvələrinin İŞİD-ə qarşı mübarizədə başqa terrorçu qruplaşmalardan kömək istəməsi doğru deyil:

"63 ölkədən ibarət koalisiya qüvvələri 10 min İŞİD terrorçusunu məhv edə bilmir. Bunun üçün PYD və YPG kimi terror qruplaşmalarından kömək istəyir. Terrorçunun yaxşısı, pisi olarmı? Yəni, bir qruplaşmanı yox etmək üçün digər terrorçu qruplaşmaya dəstək verilir. Nə olursa olsun, biz Suriyanın şimalında terror dəhlizinin yaradılmasına imkan vermərik. Türkiyənin təhlükəsizliyini qorumaq üçün nələr edə biləcəyimizi bütün dünyaya göstərdik. Bizi yenə təhdid etmək istəyənlər varsa, buyursun. Hodri meydan deyirik”.

Ərdoğan bəyan edib ki, Türkiyə ordusu Mosul əməliyyatlarında iştirak etmək üçün qərarlıdır:

”Ankaranın Mosul əməliyyatlarında iştirak etmək istəməsi niyə bəzi dairələri narahat edir?. Çünki, biz həmin qüvvələrin bölgədəki planlarını pozuruq. Cerablus əməliyyatları ilə İŞİD-ə ilk zərbəni vurduq. Mosulda da bölgəni qana boyayan məzhəblərarası müharibəyə son qoymağa qərarlıyıq”. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ